"Qarabağ" yunanları darmadağın etdi - YENİLƏNİB
Ağdamın “Qarabağ” klubu UEFA Avropa Liqasının qrup mərhələsində növbəti qələbəsini qazanıb.
Redaktor.az xəbər verir ki, Ağdam təmsilçisi G qrupunun üçüncü turu çərçivəsində Yunanıstanda “Olimpiakos” komandasının qonağı olub.
Georgios Karaiskakis stadionunda oynanılan qarşılaşmada “Qarabağ” komandası 3:0 hesablı qələbə qazanıb.
Bosniya və Herseqovinadan olan FIFA referisi İrfan Peltonun idarə etdiyi oyunda Ağdam təmsilçisinin heyətində Kvabena Ovusu, Marko Veşoviç və Ramil Şeydayev fərqləniblər.
Qrupun digər oyununda “Frayburq” Almaniyada Fransanın “Nant” klubunu qəbul edib. Görüş Almaniya klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Hesabında 9 xal olan “Frayburq” qrupda birinci pillədə qərarlaşıb. “Qarabağ” 6 xalla ikinci, “Nant” isə 3 xalla üçüncü yerdədir. “Olimpiakos”un isə hesabında xal yoxdur.
***
UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Olimpiakos” - “Qarabağ” oyununda üçüncü qol vurulub.
Redaktor.az xəbər verir ki, Georgios Karaiskakis stadionunda keçirilən matçın 86-cı dəqiqəsində Azərbaycan millisinin üzvü Ramil Şeydayov fərqlənib – 3:0.
Matçda əvvəlki qolları Kvabena Ovusu və Marko Veşoviç vurublar.
Qarşılaşmanı Bosniya və Herseqovinadan olan FIFA referisi İrfan Pelto idarə edir.
Qrupun digər oyununda “Frayburq” Almaniyada Fransanın “Nant” klubunu qəbul edir. Həmin oyunda Almaniya təmsilçisi öndədir – 2:0.
Hesabında 6 xal olan “Frayburq” qrupda birinci pillədə qərarlaşıb. “Qarabağ” 3 xalla ikinci, “Nant” isə üçüncü yerdədir. “Olimpiakos”un isə hesabında xal yoxdur.
***
UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilən oyunda “Qarabağ” klubu ikinci qolunu vurub.
Redaktor.az xəbər verir ki, Georgios Karaiskakis stadionunda keçirilən matçın 82-ci dəqiqəsində Marko Veşoviç “Olimpiakos”u məyus edib – 2:0.
Matçda ilk qolu 71-ci dəqiqədə Kvabena Ovusu vurub.
Qarşılaşmanı Bosniya və Herseqovinadan olan FIFA referisi İrfan Pelto idarə edir.
Qrupun digər oyununda “Frayburq” Almaniyada Fransanın “Nant” klubunu qəbul edir. Həmin oyunda Almaniya təmsilçisi öndədir – 2:0.
Hesabında 6 xal olan “Frayburq” qrupda birinci pillədə qərarlaşıb. “Qarabağ” 3 xalla ikinci, “Nant” isə üçüncü yerdədir. “Olimpiakos”un isə hesabında xal yoxdur.
***
UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Olimpiakos” - “Qarabağ” oyununda hesab açılıb.
Redaktor.az xəbər verir ki, matçın 71-ci dəqiqəsində “Qarabağ”ın futbolçusu Kvabena Ovusu baxımlı qola imza atıb.
Georgios Karaiskakis stadionunda oynanılan qarşılaşmanı Bosniya və Herseqovinadan olan FIFA referisi İrfan Pelto idarə edir.
Qrupun digər oyununda “Frayburq” Almaniyada Fransanın “Nant” klubunu qəbul edir. Həmin oyunda Almaniya təmsilçisi öndədir – 1:0.
Hesabında 6 xal olan “Frayburq” qrupda birinci pillədə qərarlaşıb. “Qarabağ” 3 xalla ikinci, “Nant” isə üçüncü yerdədir. “Olimpiakos”un isə hesabında xal yoxdur.
***
Yunanıstanda "Olimpiakos" və "Qarabağ" arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyununda ilk hissə başa çatıb.
Redaktor.az xəbər verir ki, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.
***
"Qarabağ"ın Yunanıstanda "Olimpiakos"la UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyununda vurduğu qol ləğv edilib.
Redaktor.az xəbər verir ki, VAR sisteminin müdaxiləsindən sonra Abdullah Zubirə ötürmə verən Leandro Andradenin topu qəbul edərkən oyundankənar vəziyyətdə olduğu məlum olub.
Nəticədə referi qolu hesaba almayıb.
***
Ağdamın “Qarabağ” klubu UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununa çıxıb.
Redaktor.az xəbər verir ki, Ağdam təmsilçisi G qrupunun üçüncü turu çərçivəsində Yunanıstanda “Olimpiakos” komandasının qonağıdır.
Yunanıstan təmsilçisinin start heyətində Kostas Tsolakis, Şime Vrsalko, Andreas Buxalakis, Yann MVila, Pyer Kunde, Hvan İy Co, Pep Biel, Qonsalo Avila, Oleq Ryabçuk, Pape Abu Sisse və Qarri Rodriges yer alıblar.
Azərbaycan çempionunun heyətində isə meydana Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Riçard Almeyda, Abdullah Zubir, Kvabena Ovusu, Bəhlul Mustafazadə, Leandro Andrade, Kadi Borges, Marko Veşoviç, Elvin Cəfərquliyev və Bədavi Hüseynov çıxıblar.
Georgios Karaiskakis stadionunda oynanılan qarşılaşmanı Bosniya və Herseqovinadan olan FIFA referisi İrfan Pelto idarə edir.
Qrupun digər oyununda “Frayburq” Almaniyada Fransanın “Nant” klubunu qəbul edir.
Hesabında 6 xal olan “Frayburq” qrupda birinci pillədə qərarlaşıb. “Qarabağ” 3 xalla ikinci, “Nant” isə üçüncü yerdədir. “Olimpiakos”un isə hesabında xal yoxdur.












