Marselo "Qarabağ"la oyundan danışdı

 18:24 07.10.2022     362

"Olimpiakos"un futbolçusu Marselo UEFA Avropa Liqasında debütü və "Qarabağ"la matç barədə danışıb.

Redaktor.az xəbər verir ki, 34 yaşlı müdafiəçi İnstaqram hesabında bu sözləri yazıb: 

"5 ay futbol oynamayandan sonra geri qayıtmaq asan deyil. Lakin formama dönəcəm. Bəhanələr söyləməyəcəm. Bu, gözlənilən debütüm olmadı, lakin getdikcə yaxşılaşacağıma əminəm".

Qeyd edək ki, Marselo 0:3 hesabı ilə başa çatan oyunun 60-cı dəqiqəsində meydana daxil olub.

Vumart və Güvən reklamı Vumart Güvən