"Mənim üçün milli ilə nəsə qazanmaq vacib idi" - Messi

 14:00 08.10.2022     443

PSJ-nin futbolçusu Lionel Messi Argentina millisinin 2021-ci ildə Amerika Kubokunun finalında Braziliyaya 1:0 hesablı qalib gəlməsini xatırlayıb.

Redaktor.az-ın məlumatına görə, 35 yaşlı hücumçu deyib:

“Mən buna inana bilməmişdim. O anı necə izah edəcəyimi bilmirəm. Mənim məqsədlərimdən biri o kuboku qazanmaq idi.

Mənim üçün milli ilə nəsə qazanmaq vacib idi. Hiss edirdim ki, özümü milliyə həsr edə bilməməyimə, uduzulmuş finallara görə narahat qalmamağıma görə bunu etməliyəm. Sonra vaxt gəldi və dedim: “Nəhayət”.