Kasilyas homoseksual olması barədə paylaşımına görə üzr istədi – YENİLƏNİB - FOTO

 20:14 09.10.2022     398

Madrid “Real”ının keçmiş qapıçısı İker Kasilyas sosial şəbəkə hesabının hakerlər tərəfindən müvəqqəti olaraq ələ keçirildiyini yazıb.

Redaktor.az xəbər verir ki, o, məlum paylaşıma görə izləyicilərindən və LGBT icması üzvlərindən üzr istəyib.

Qeyd edək ki, bir müddət əvvəl futbolçunun hesabından cinsi oriyentasiyasını dəyişməsi barədə paylaşım olunub. Lakin təxminən bir saat sonra tvit silinib.

Cuenta hackeada. Por suerte todo en orden. Disculpas a todos mis followers. Y por supuesto, más disculpas a la comunidad LGTB. 

— Iker Casillas (@IkerCasillas) October 9, 2022

***

“Real” (Madrid) və İspaniya millisinin sabiq qapıçısı İker Kasilyas sosial şəbəkələrdə cinsi oriyentasiyasını dəyişməsi ilə bağlı açıqlamasını silib.

Redaktor.az xəbər verir ki, o, bunu paylaşımından təxminən bir saat sonra edib.

AS qəzetinin jurnalisti Xulio Botixo bununla əlaqədar ​​“Şaiyələrdən yorulan Kasilyas” başlıqlı məqalə dərc edib.

Müxbir qapıçının qadınlarla eşq macəraları ilə bağlı çoxsaylı şayiələr yayan mətbuatı ələ salmaq üçün belə açıqlama verməsini ehtimal edib.

***

Madrid “Real”ının  keçmiş qapıçısı İker Kasilyas homoseksual olduğunu yazıb.

“Ümid edirəm ki, mənə hörmət edirsiniz. Mən maviyəm. Hər kəsin bazar günü mübarək”, - keçmiş ispaniyalı qapıçı tvit ataraq qeyd edib.

Redaktor.az xəbər verir ki, Kasilyasın milli komandadakı keçmiş həmkarı, “Barselona”nın eks-müdafiəçisi Karles Puyol isə bu tvitə “Hekayəmizi danışmağın vaxtıdır, İker”, - yazaraq cavab verib.

Xatırladaq ki, 2009-cu ildə Kasilyas ispan teleaparıcı Sara Karbonero ilə görüşməyə başlayıb. 20 mart 2016-cı ildə onlar ailə qurublar. Cütlüyün iki oğlu var: Martin (2014) və Lukas (2016). 12 mart 2021-ci ildə cütlük 12 il birlikdə olduqdan sonra ayrıldıqlarını elan ediblər.

 

 

Vumart və Güvən reklamı Vumart Güvən