“Barselona” Messinin şərəfinə heykəl ucaldacaq

 12:41 10.10.2022     342

“Barselona” PSJ-nin hücumçusu Lionel Messinin şərəfinə heykəl ucaldacaq.

Redaktor.az xəbər verir ki, bu barədə klubun prezidenti Joan Laporta elan edib.

“Biz Messinin heykəlini “Camp Nou”nun qarşısında qoyacağıq. Qərar verilib”, - deyə J.Laporta bildirib.

Qeyd edək ki, Messi 2021-ci ilə qədər “Barselona”da çıxış edib. O, klubun heyətində 778 oyun keçirib və 672 qol vurub (RT).