Daha iki klub Çempionlar Liqasının pley-offunda

 23:25 12.10.2022     579

UEFA Çempionlar Liqasının qrup mərhələsinin IV turu çərçivəsində A qrupunda mübarizə aparan "Napoli" İtaliyada Niderlandın "Ayaks" klubunu qəbul edib.

Redaktor.az xəbər verir ki, rəqibini 4:2 hesabı ilə məğlub edən meydan sahibləri sona iki tur qalmış pley-offa vəsiqə qazanıb.

B qrupunda isə "Atletiko Madrid" İspaniyada Belçika "Brügge"si ilə üz-üzə gəlib. Görüş qolsuz heç-heçə ilə başa çatıb. Bu nəticədən sonra qonaqlar vaxtından əvvəl 1/8 finala yüksəliblər.