Çempionlar Liqasında gecənin nəticələri

 07:57 13.10.2022     598

UEFA Çempionlar Liqasının qrup mərhələsində IV tura yekun vurulub.

Redaktor.az xəbər verir ki, son 6 oyundan sonra daha bir komanda pley-offa yüksəlib.

C qrupunda yer alan Almaniya "Bavariya"sı Çexiyada "Viktoriya" (Plzen) komandasını məğlub etməklə adını 1/8 finala yazdırıb. Bu qrupun digər matçında isə İtaliya "İnter"i İspaniyada "Barselona" ilə sülhə razılaşıb.

A qrupunda İngiltərə "Liverpul"u Şotlandiyada "Reyncers"i darmadağın edib. B qrupunda Portuqaliya "Portu"su Almaniyada "Bayer"in qapısından 3 cavabsız top keçirib.

D qrupunda isə "Tottenhem" İngiltərədə Almaniya "Ayntraxt"ına, Fransa "Marsel"i isə Portuqaliyada "Sportinq"ə qalib gəlib.

Çempionlar Liqası

Qrup mərhələsi, IV tur

12 oktyabr

A qrupu

20:45. "Napoli" (İtaliya) - "Ayaks" (Niderland) - 4:2

Qollar: İrvinq Losano, 4. Cakomo Raspadori, 16. Xviça Kvaratsxeliya, 62 (penalti). Viktor Osimhen - Devi Klassen, 49. Stiven Berqveyn, 83 (penalti)

23:00. "Reyncers" (Şotlandiya) - "Liverpul" (İngiltərə) - 1:7

Qollar: Skott Arfild, 17 - Roberto Firmino, 24; 55. Darvin Nunyes, 66, Məhəmməd Salah, 76; 80; 81. Harvi Elliott, 87

Xal durumu: "Napoli" - 12 . "Liverpul" - 9. "Ayaks" - 3. "Reyncers" - 0.

B qrupu

20:45. "Atletiko" (Madrid, İspaniya) - "Brügge" (Belçika) - 0:0

Qırmızı vərəqə: Kamal Sova, 82 ("Brügge")

23:00. "Bayer" (Almaniya) - "Portu" (Portuqaliya) - 0:3

Qollar: Qaleno, 6. Mehdi Taremi, 53 (penalti), 64 (penalti)

Xal durumu: "Brügge" - 10. "Portu" - 6. "Atletiko" - 4. "Bayer" - 3.

C qrupu

23:00. "Viktoriya" (Plzen, Çexiya) - "Bavariya" (Almaniya) - 2:4

Qollar: Adam Vlkanova, 62. Yan Kliment, 75 - Sadio Mane, 10. Tomas Müller, 14. Leon Qoretska, 25; 35

23:00. "Barselona" (İspaniya) - "İnter" (İtaliya) - 3:3

Qollar: Usman Dembele, 40. Robert Levandovski, 82; 90+2 - Nikola Barella, 50. Lautaro Martines, 63. Robin Qosens, 89

Xal durumu: "Bavariya" - 12. "İnter" - 7. "Barselona" - 4. "Viktoriya" - 0

D qrupu

23:00. "Tottenhem" (İngiltərə) - "Ayntraxt" (Frankurt, Almaniya) - 3:2

Qollar: Hın Min Son, 20; 36. Harri Keyn, 28 (penalti) - Daiti Kamada, 14. Faride Alidu, 87

İstifadə edilməmiş penalti: Harri Keyn, 90+2 ("Tottenhem")

Qırmızı vərəqə: Tuta, 60 ("Ayntraxt")

23:00. "Sportinq" (Portuqaliya) - "Marsel" (Fransa) - 0:2

Qollar: Matteo Genduzi, 20 (penalti). Aleksis Sançes, 30

Qırmızı vərəqə: Rikardu Eşqayu, 19. Pedru Qonsalveş, 61 (hər ikisi "Sportinq")

Xal durumu: "Tottenhem" - 7. "Marsel" - 6. "Sportinq" - 6. "Ayntraxt" - 4.

Qeyd edək ki, daha əvvəl İspaniyanın "Real Madrid", İngiltərənin "Mançester Siti", İtaliyanın "Napoli" və Belçikanın "Brügge" komandaları pley-offa vəsiqə qazanıblar (report). 

22:42

UEFA Çempionlar Liqasının qrup mərhələsinin IV turunda daha 2 oyun keçirilib.

Redaktor.az-ın məlumatına görə, A qrupunda "Napoli" İtaliyada Niderland "Ayaks"ını qəbul edib. Rəqibini 4:2 hesabı ilə məğlub edən meydan sahibləri sona 2 tur qalmış pley-offa vəsiqəni rəsmiləşdiriblər.

B qrupunda isə Madrid "Atletiko"su İspaniyada Belçika "Brügge"si ilə üz-üzə gəlib. Görüş qolsuz heç-heçə ilə başa çatıb. Bu nəticədən sonra qonaqlar vaxtından əvvəl 1/8 finala yüksəliblər.

12 oktyabr

A qrupu

20:45. "Napoli" (İtaliya) - "Ayaks" (Niderland) - 4:2

Qollar: İrvinq Losano, 4. Cakomo Raspadori, 16. Xviça Kvaratsxeliya, 62 (penalti). Viktor Osimhen - Devi Klassen, 49. Stiven Berqveyn, 83 (penalti)

23:00. "Reyncers" (Şotlandiya) - "Liverpul" (İngiltərə)

Xal durumu: "Napoli" - 12 (4 oyuna). "Liverpul" - 6. "Ayaks" - 3 (4 oyuna). "Reyncers" - 0.

B qrupu

20:45. "Atletiko" (Madrid, İspaniya) - "Brügge" (Belçika) - 0:0

Qırmızı vərəqə: Kamal Sova, 82 ("Brügge")

23:00. "Bayer" (Almaniya) - "Portu" (Portuqaliya)

Xal durumu: "Brügge" - 10 (4 oyuna). "Atletiko" - 4 (4 oyuna). "Bayer" - 3. "Portu" - 3

Qeyd edək ki, daha əvvəl İspaniya "Real Madrid"i və İngiltərənin "Mançester Siti" komandası pley-offa vəsiqəni təmin edib.