Bu gün “Qarabağ” Bakıda “Olimpiakos”u qəbul edəcək
Bu gün Avropa Liqasının qrup mərhələsində 4-cü tura start veriləcək.
Redaktor.az xəbər verir ki, Azərbaycanın avrokuboklardakı yeganə təmsilçisi “Qarabağ” da növbəti matçında çıxacaq.
Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respublika stadionunda “Olimpiakos”u qəbul edəcək. Qarşılaşma 20:45-də start götürəcək.
Qrupun digər matçında isə “Nant” “Frayburq”u qəbul edəcək.












