"Qarabağ" "Olimpiakos"la oyunda əsas oyunçularından birini itirdi

 22:50 13.10.2022     323

"Qarabağ"ın futbolçusu Kadi Borges zədələnib.

Redaktor.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi Bakıda Yunanıstan "Olimpiakos"una qarşı UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyununda ayağından xəsarət alıb.

10-cu dəqiqədə zədələnən braziliyalı oyunçu matçı sona çatdıra bilməyib. Onun yerinə meydana 62-ci dəqiqədə Filip Ozobiç daxil olub.

Qeyd edək ki, qarşılaşmada hesab açılmayıb.

Vumart və Güvən reklamı Vumart Güvən