Azərbaycan derbisində topa ilk zərbəni şəhid övladı vuracaq

 19:23 15.10.2022     839

Azərbaycan Premyer Liqasının X turunda keçiriləcək "Kəpəz" - "Neftçi" oyununda topa ilk zərbəni Vətən müharibəsi vaxtı ermənilərin Gəncəyə raket hücumu nəticəsində hər iki valideynini itirmiş Hüseyn Əliyev endirəcək.

Redaktor.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının texniki idman direktoru Elgiz Abbasov özünün feysbuk səhifəsində paylaşım edib.

Qeyd edək ki, oktyabrın 16-da Gəncə şəhər stadionunda keçiriləcək Azərbaycan derbisi saat 15:00-da başlayacaq.

Vumart və Güvən reklamı Vumart Güvən