"Kəpəz" - "Neftçi" oyununda anlamlı JEST - FOTO

 15:40 16.10.2022     430

"Kəpəz" klubu "Neftçi"yə qarşı keçirdiyi Azərbaycan Premyer Liqasının X tur oyununda anlamlı jest edib.

Redaktor.az xəbər verir ki, Gəncə şəhər stadionundakı tribunaların birində Vətən müharibəsi şəhidlərinin fotoları, həmçinin Azərbaycan və Türkiyə bayraqları yer alıb.

Bundan əlavə, komandalar meydana şəhid övladları ilə çıxıblar. Qarşılaşmada topa ilk toxunuşu Vətən müharibəsi vaxtı ermənilərin Gəncəyə raket hücumu nəticəsində hər iki valideynini itirmiş Hüseyn Əliyev edib.

Qeyd edək ki, qarşılaşmada ilk hissə oynanılır və hesab açılmayıb.

2
Vumart və Güvən reklamı Vumart Güvən