UEFA Türkiyə Futbol Federasiyasını CƏZALANDIRDI

 18:39 17.10.2022     398

UEFA Türkiyə Futbol Federasiyasını (TFF) cəzalandırıb.

Redaktor.az  Avropa futbol qurumunun rəsmi saytına istinadən məlumatına görə, buna "ay-ulduzlular"ın İstanbulda Lüksemburqa qarşı keçirdiyi Millətlər Liqasının qrup mərhələsinin V tur oyununda yerli azarkeşlərin meydançaya yad əşyalar atması səbəb olub.

Nəticədə TFF 25 000 avro cərimələnib. Bundan başqa, yığmanın növbəti matçında stadiona məhdud sayda tamaşaçı buraxılacaq.

Qeyd edək ki, Türkiyə - Lüksemburq görüşü 3:3 hesablı heç-heçə ilə başa çatıb.

Vumart və Güvən reklamı Vumart Güvən