İlin ən yaxşı gənc futbolçusu məlum oldu

 23:18 17.10.2022     535

"Qızıl top"un təltifetmə mərasimində 2022-ci ilin ən yaxşı gənc futbolçusunun adı məlum olub.

Redaktor.az xəbər verir ki, mükafat İspaniya millisinin və "Barselona"nın oyunçusu Qaviyə verilib.

O, Kərim Adeyemi (Almaniya, “Borussiya” Dortmund), Cud Bellingem (İngiltərə, “Borussiya” Dortmund), Eduardo Kamavinqa (Fransa, “Real”), Rayan Qravenberx (Niderland, “Bavariya”), Yoşko Qvardiol (Xorvatiya, “Leypsiq”), Nuno Mendeş (Portuqaliya, PSJ), Camal Musiala (Almaniya, “Bavariya”), Bukayo Saka (İngiltərə, “Arsenal”) və Florian Vitsi (Almaniya, “Bayer”) qabaqlayıb.

Vumart və Güvən reklamı Vumart Güvən