Ən gənc qrossmeyster dünya çempionuna qalib gəldi

 01:21 18.10.2022     355

16 yaşlı hindistanlı qrossmeyster Qukeş Dommaracu Aimchess Rapid turnirinin 9-cu turunda norveçli dünya çempionu Maqnus Karlsen üzərində qələbə qazanıb.

Redaktor.az xəbər verir ki, Karlsen oyunun gedişi zamanı daha yaxşı vəziyyətdə olub, lakin böyük səhv edib və təslim olub. Dommaracu oyunun sonunda deyib: "Maqnusa qalib gəlmək xüsusi bir şeydir, lakin mən bu oyunla çox fəxr etmirəm". 

O, dünya çempionu statusunda norveçlini məğlub etməyi bacaran ən gənc şahmatçı olub.

2019-cu ildə Dommaracu daha bir rekorda imza atıb. O, bu titulu 12 yaş 7 ay 17 günlüyündə alaraq şahmat tarixində ən gənc qrossmeyster kimi tanınıb (lent.az).