Məşhur futbolçu oyun zamanı siqaret çəkdi  - Foto

 17:43 18.10.2022     191

Belçika yığmasının və İtaliyanın “Roma” klubunun sabiq yarımmüdafiəçisi Radja Nainqqolan növbəti dəfə xoşagəlməz davranışı ilə gündəm olub.

Redaktor.az xəbər verir ki, hazırda “Antverpen”də çıxış edən belçikalı futbolçu “Standard”la çempionat matçından (0:3) əvvəl ehtiyat oyunçular oturacağında siqaret çəkib.

Onun siqaretlə fotosu sosial şəbəkədə rezonans doğurub.

“Antverpen” rəhbərliyi Nainqqolanın davranışından narazı qalıb. Bu hadisədən sonra futbolçu əsas komandadan uzaqlaşdırılıb. İndi o, “Antverpen”in əvəzecidi heyətində məşq edir.

Oktyabrın əvvəlində Belçika mətbuatında Nainqqolanın vaxtı keçmiş sürücülük vəsiqəsi ilə sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə həbs edildiyi barədə məlumat yayılmışdı. Futbolçu zaminə buraxılıb (Qafqazinfo).