"Rəqib məğlub olmaq istəmirdi" - Qurban Qurbanov

 22:50 20.10.2022     159

"Rəqib 0:3 geridə olsa da, məğlub olmaq istəmirdi".

Redaktor.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Turan Tovuz"a 3:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XI tur oyunundan sonra mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis matçda yaxşı dinamikanın olduğunu bildirib: "Turan Tovuz" sona qədər mübarizə apardı. Futbolçularımı qələbə münasibəti ilə təbrik edirəm".