Şəhriyar Məmmədyarov ilk finalda uduzdu

 03:40 21.10.2022     198

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov “Meltwater Champions Chess Tour” seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid” turnirində ilk final görüşünü keçirib.

Redaktor.az xəbər verir ki, 37 yaşlı qrossmeyster polşalı Yan Kşiştof-Duda ilə görüşüb.

Dörd partiya davam edən qarşılaşma polşalı şahmatçının qələbəsi ilə başa çatıb - 3:1.

İkinci final görüşü oktyabrın 21-də olacaq.

Qeyd edək ki, Şəhriyar Məmmədyarov yarımfinalda Rumıniyanı təmsil edən Riçard Rapporta qalib gəlib.