Messi ən yaxşı oyunçu seçildi

 09:17 21.10.2022     195

PSJ klubunun hücumçusu Lionel Messi Fransa Birinci Liqasında ötən ayın oyunçusu seçilib.

Redaktor.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, argentinalı futbolçu səslərin 57 faizini qazanıb. Sentyabrda o, Fransa çempionatında üç oyun keçirib, bir qol vurub və üç məhsuldar ötürmə edib.

35 yaşlı argentinalı cari mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 14 oyuna çıxıb, 8 qol vurub və 8 məhsuldar ötürmə edib.

Həmidə