Bakıda keçiriləcək güləş üzrə Dünya Kubokunun MEDALLARI - FOTO

 19:02 21.10.2022     151

Noyabrın 5-6-da Azərbaycanda ilk dəfə yunan-Roma güləşi üzrə Dünya Kuboku keçiriləcək.

Güləş Federasiyasından Redaktor.az-a verilən məlumata görə, Bakı İdman Sarayında təşkil olunacaq yarışın yekununda ilk 3 yeri tutacaq komandalara medallar təqdim ediləcək.

Artıq Dünya Kuboku üçün sifariş edilmiş medallar hazırdır.

Qızıl, gümüş və bürünc medalların ön tərəfində yarışın loqosu (loqonun fonunda Bakının rəmzlərindən sayılan Qız Qalası əks olunub) həkk edilib. Medalın digər üzündə isə Dünya Güləş Birliyinin (UWW) loqosu əksini tapıb. Medalların yaşıl rəngli lenti də Dünya Kubokuna özəl olaraq işlənilib.

Xatırladaq ki, 6 komanda A (Türkiyə, İran, Qırğızıstan) və B (Azərbaycan, Serbiya, Dünya yığması) qrupunda yer alıb. Qrupların ikinciləri bürünc medal uğrunda mübarizə aparacaq. Qrupların qalibləri isə finalda kubok və qızıl medal uğrunda güləşəcək.