Dünya çempionatlarında bir oyunda ən çox qol vuran futbolçular açıqlandı

 09:02 22.10.2022     698

Dünya çempionatlarının final mərhələlərində bir oyunda ən çox qol vuran futbolçular bəlli olub.

Redaktor.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytına istinadən xəbər verir ki, siyahının ilk pilləsində Rusiya yığmasının sabiq hücumçusu Oleq Salenko qərarlaşıb.

53 yaşlı keçmiş forvard 1994-cü ildəki mundialın qrup matçında Kamerunu 6:1 hesabı ilə məğlub etdikləri görüşdə 5 qola imza atıb.

Digər 6 oyunçu bir qarşılaşmada 4 dəfə fərqlənə bilib.

Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək Qətərdə təşkil olunacaq.

Futbolçu Ölkə Qollar Turnir Oyun
         
Oleq Salenko Rusiya 5 28/06/1994 Kamerun 6-1
Ernest Vilimovski Polşa 4 05/06/1938 Braziliya 5-6
Ademir Braziliya 4 09/07/1950 İsveç 7-1
Şandor Koçiş Macarıstan 4 20/06/1954 Almaniya 8-3
Jyust Fonten Fransa 4 28/06/1958 Almaniya 6-3
Eysebio Portuqaliya 4 23/07/1966 Şimali Koreya 5-3
Emilio Butragenyo İspaniya 4 18/06/1986 Danimarka 5-1
Vumart və Güvən reklamı Vumart Güvən