“Sabah” “Neftçi”yə qalib gəldi

 20:46 23.10.2022     123

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura yekun vurulub.

Redaktor.az xəbər verir ki, tura "Neftçi" - "Sabah" oyunu ilə yekun vurulub.

“Bakcell Arena”da keçirilən görüş maraqlı və gərgin mübarizə şəraitində keçib.

Qonaq komanda ilk hissədə iki dəfə qol sevinci yaşayıb. 37-ci dəqiqədə Con Mikels, ilk hissəyə əlavə olunmuş dəqiqələrdə isə Apeh fərqlənib.

İkinci hissədə də ilk qolu “Sabah” vurub. Aleksey İsayev 52-ci dəqiqədə fərqi artırıb.

71-ci dəqiqədə Ömər Buludov hesab arasındakı fərqi azaldıb.

Bir dəqiqə sonra İsmayıl Zülfüqarlı qırmızı vərəqə alaraq “Neftçi”ni azlıqda qoyub.

82-ci dəqiqədə Emin Mahmudov penalti zərbəsi ilə fərqi minimuma endirsə də, “Neftçi”nin bundan artığına gücü çatmayıb.

Oyun “Sabah”ın 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticə ilə xallarının sayını 28-ə yüksəldən “Sabah” ikinci, 22 xalda qalan “Neftçi” isə üçüncü pillədə qalıb.

Qeyd edək ki, qeyd edək ki, turun əvvəlki oyunlarında "Qarabağ" "Turan Tovuz"u 3, "Zirə" "Sumqayıt"ı 2 cavabsız qolla üstələyib. "Qəbələ" - "Kəpəz" (1:1) və “Səbail” – “Şamaxı” (0:0) matçlarında isə qalib müəyyənləşməyib.