Çempionlar Liqası: "Çelsi" 1/8 finalda, "Kopenhagen" qrupda qaldı

 23:35 25.10.2022     196

UEFA Çempionlar Liqasının qrup mərhələsində V tura start verilib.

Redaktor.az xəbər verir ki, bu günə nəzərdə tutulan 8 oyundan 2-si artıq başa çatıb.

E qrupunda İngiltərənin "Çelsi" klubu Avstriyada "Zaltsburq"a 2:1 hesabı ilə qalib gələrək, 1/8 finala vəsiqəni təmin edib. Bu qrupun digər matçında Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb "Dinamo"su Xorvatiyada İtaliya "Milan"ı ilə qarşılaşacaq.

G qrupunda isə "Sevilya" İspaniyada Danimarka "Kopenhagen"ni məğlub edib - 3:0. Meydan sahibləri bu nəticə ilə pley-off şanslarını saxlayıb. Qonaqların isə qrupda qalması dəqiqləşib. Qrupun digər matçında Dortmund "Borussiya"sı Almaniyada İngiltərənin "Mançester Siti" klubunu qəbul edəcək.

Çempionlar Liqası

Qrup mərhələsi, V tur

25 oktyabr

E qrupu

20:45. "Zaltsburq" (Avstriya) - "Çelsi" (İngiltərə) - 1:2

Qollar: Çikvubuyke Adamu, 49 - Mateo Kovaçiç, 23. Kay Haverts, 64

23:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Milan" (İtaliya)

Xal durumu: "Çelsi" - 10 (5 oyuna), "Zaltsburq" - 6 (5 oyuna), "Milan" - 4, "Dinamo" - 4

G qrupu

20:45. "Sevilya" (İspaniya) - "Kopenhagen" (Danimarka) - 3:0

Qollar: Yussef En-Neseri, 61. İsko, 88. Qonsalo Montiel, 90+2

Qırmızı vərəqə: David Xoçolava, 90+4 ("Kopenhagen")

23:00."Borussiya" (Dortmund, Almaniya) - "Mançester Siti" (İngiltərə)

Xal durumu: "Mançester Siti" - 10, "Borussiya" - 7, "Sevilya" - 5 (5 oyuna), "Kopenhagen" - 2 (5 oyuna)

Qeyd edək ki, daha əvvəl İtaliyanın "Napoli", Belçikanın "Brügge", Almaniyanın "Bavariya", İspaniyanın "Real Madrid" və İngiltərənin "Mançester Siti" komandaları pley-off vəsiqəni təmin ediblər.