"Real"ın matçındakı erməni təxribatı ilə bağlı UEFA-ya MÜRACİƏT EDİLƏCƏK

AFFA Almaniyada "Leyptsiq" və İspaniyanın "Real Madrid" komandaları arasında keçirilmiş Çempionlar Liqasının qrup mərhələsinin V tur oyunu zamanı erməni azarkeşlərin törətdiyi təxribatla bağlı UEFA-ya müraciət edəcək.
Bu barədə Redaktor.az milli assosiasiyanın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Firuz Abdulla açıqlamasında bildirib.
AFFA rəsmisi məsələ ilə bağlı məlumatlarının olduğunu vurğulayıb: "Müvafiq şəkildə sənədlər hazırlanıb, UEFA-ya müraciət ünvanlanacaq".
Qeyd edək ki, fanatlar tribunada qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağını asıblar. Qarşılaşma meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə bitib.