“Qarabağ”la oyun bizim üçün finaldır - “Nant”ın baş məşqçisi

 22:25 26.10.2022     299

"Nant” klubunun baş məşqçisi Antuan Kombuare UEFA Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la keçiriləcək oyunla bağlı fikirlərini bölüşüb.

Redaktor.az xəbər verir ki, baş məşqçinin sözlərinə görə, Ağdam təmsilçisi ilə görüş onlar üçün final kimidir.

“Hamı matça hazırdır. “Qarabağ”la sabahkı oyun bizim üçün finaldır. İkinci yerə ümid etmək baxımından son şansımız olacaq", - Antuan Kombuare deyib.

Qeyd edək ki, sabah keçiriləcək “Nant” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Vumart və Güvən reklamı Vumart Güvən