“Qarabağ” Fransada uduzdu - VİDEO- YENİLƏNİB

"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.
Redaktor.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda V turda Fransada "Nant" klubu ilə qarşılaşıb. "Bojuar" stadionundakı görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 2:1.
Beləliklə, bu nəticədən “Qarabağ” 7 xalla 2-ci pillədəki mövqeyini qoruyub. 6 xalı olan "Nant" isə 3-cü sırada qərarlaşıb. E qrupunun digər oyununda “Frayburq” Almaniyada Yunanıstan “Olimpiakos”u ilə 1:1 hesablı edərək, liderliyi təmin edib və 1/8 finala yüksəlib.
***
Fransada "Nant" və "Qarabağ" arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyununda hesab bərabərləşib.
Redaktor.az xəbər verir ki, 56-cı dəqiqədə penaltidən fərqlənən Ağdam klubunun yarımmüdafiəçisi Filip Ozobiç tarazlığı bərpa edib - 1:1.
***
Fransada "Nant" və "Qarabağ" arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyununda ilk hissə başa çatıb.
Redaktor.az xəbər verir ki, Azərbaycan çempionu fasiləyə minimal hesablı məğlubiyyətlə yollanıb.
Yeganə qolu 16-cı dəqiqədə Lüdovik Blas vurub.
***
Fransada "Nant" və "Qarabağ" arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyununda hesab açılıb.
Redaktor.az xəbər verir ki, meydan sahiblərindən Lüdovik Blas 16-cı dəqiqədə topu "köhlən atlar"ın qapısından keçirib - 1:0.
Qeyd edək ki, bu qolda Qarabağın qapıçısı Şahruddinin də bpöyük səhvi olub.
***
Fransada "Nant" və "Qarabağ" arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyunu başlayıb.
Redaktor.az xəbər verir ki, "Bojuar" stadionunda oynanılan qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.
Görüşü danimarkalı FIFA referisi Yakob Kehlet idarə edir.
Qeyd edək ki, bu komandalar arasında Bakıda keçirilmiş matç "köhlən atlar"ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyunu canlı təqdim edirik:
***
Fransada UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyununda üz-üzə gələcək "Nant" və "Qarabağ"ın start heyətləri bəlli olub.
Redaktor.az xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:
"Nant": 1. Alban Lyafon, 3. Andrey Cirotto, 5. Pedro Çirivelya, 7. Evann Gessan, 8. Samüel Mutussami, 10. Lüdovik Blas, 21. Jan-Şarl Kastelletto, 24. Sebastyan Korşya, 29. Kenten Merlen, 31. Mustafa Məhəmməd, 55. Abdul-Kader Bamba
Ehtiyat oyunçular: 16. Remi Deskam, 30. Denis Petriç, 2. Fabio, 4. Nikolya Pallua, 11. Markus Koko, 12. Dennis Appia, 14. İqnatius Qanaqo, 17. Mussa Sissoko, 19. Məhəmməd Açi, 22. Qor Manvelyan, 27. Moyzes Simon
Baş məşqçi: Antuan Kambuare
"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev (k), 7. Riçard Almeyda, 10. Abdullah Zubir, 11. Kvabena Ovusu, 13. Bəhlul Mustafazadə, 19. Filip Ozobiç, 20. Kadi Borges. 27. Toral Bayramov, 29. Marko Veşoviç, 81. Kevin Medina
Ehtiyar oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 6. Julio Roman, 8. Marko Yankoviç, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 77. Ramil Şeydayev, 90. Nəriman Axundzadə
Baş məşqçi: Qurban Qurbanov
Qeyd edək ki, "Bojuar" stadionunda oynanılacaq "Nant" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.