Ronaldo bu klubda maaşsız oynayacaq

 22:34 02.11.2022     327

“Mançester Yunayted” klubunun ulduz futbolçusu Kriştiano Ronaldo Portuqaliyanın “Sportinq”(Lissabon) klubu ilə razılaşıb.

Redaktor.az xəbər verir ki, 37 yaşlı hücumçunun Portuqaliyanın ən bahalı evini alması da bununla əlaqədardır. Məlumata görə, “Sportinq"də karyerasına başlayan Ronaldo, bu kluba dönmək üçün maaşda güzəştlər edib. 

Bundan əvvəl, Lissabon təmsilçisinin klubunun rəhbərliyi Ronaldonun transferini xəyal etdiklərini, lakin onun məvacibinin çox olmasının klub üçün problem olduğunu açıqlamışdı.

Qeyd edək ki, "Mançester Yunayted"də əsas heyətə düşməkdə çətinlik çəkən forvardın komandadan ayrılacağı gözlənilir.