"Qarabağ" azərkeşlərindən Təbrizə salam var... - FOTO

Bu gün Bakıda Avropa Liqasında qrup mərhələsinin növbəti oyunu Ağdamın "Qarabağ" komandası ilə Almaniya təmsilçisi "Frayburq" arasında olacaq.
Bu oyuna "Qarabağ"ın "İmarət Tayfa" azarkeş qrupu xüsusi hazırlaşıb.
Belə ki, yerli azarkeşlər "Azərbaycan bir olsun, istəməyən kor olsun" şüarını səsləndirməklə Güney Azərbaycanda azadlıq mücadiləsi aparan soydaşlarımıza dəstəklərini ifadə edəcəklər.
Redaktor.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.
"İmarət Tayfa"lılar stadiondakı bütün yerli fanatları bu şüara qoşulmağa çağırıb.
Nərmin VÜQARQIZI
