"Sayılmayan qol epizodunda əsəbiləşdim" - Qurban Qurbanov

 23:52 03.11.2022     297

"Futbolçularıma və azarkeşlərimizə təşəkkür edirəm. Bu mövsüm avrokuboklarda yaxşı oyunlar keçirdik".

Redaktor.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Almaniya "Frayburq"u ilə 1:1 hesablı heç-heçə etdikləri UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur oyunundan sonra "CBC Sport"a açıqlamasında deyib.

50 yaşlı mütəxəssis hakim qərarlarına da toxunub:

"Sayılmayan qol epizodunda əsəbiləşdim. Həmin an penalti təyin olunmalı idi".

Qeyd edək ki, Avropa Liqasında mübarizəni dayandıran "Qarabağ" mübarizəni Konfrans Liqasının pley-offunda davam etdirəcək.

Vumart və Güvən reklamı Vumart Güvən