Zidan Fransa millisinin başına gətiriləcək - İDDİA

 15:00 04.11.2022     294

“Real”ın sabiq yarımmüdafiəçisi və baş məşqçisi Zinəddin Zidan Fransa millisinin yeni baş məşqçisi olacaq.

Redaktor.az "milliyyet.com.tr"yə istinadla xəbər verir ki, 50 yaşlı mütəxəssis Fransa Futbol Federasiyası (FFF) ilə müqavilə imzalayıb.

Qərar qəbul edilib və komandanın 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatındakı nəticələrindən asılı olmayacaq.

O, bu postda Didye Deşamı əvəz edəcək. Fransa yığması Deşamın rəhbərliyi altında keçən mundialın qızıl medallarını qazanıb.

Qeyd edək ki, Fransa yığmasının tərkibində dünya və Avrop çempionluğunu yaşamış Zinəddin Zidanın bütün məşqçilik yolu İspaniyanın “Real Madrid” klubu ilə bağlıdır. Onun baş məşqçiliyi ilə “Real Madrid” iki dəfə İspaniya çempionu (2016/2017, 2019/2020), üç dəfə Çempionlar Liqasının qalibi (2015/2016, 2016/2017, 2017/2018), UEFA superkubokunun qalibi olub, İspaniya Superkuboklarını (2017, 2019/2020) və Klublararası Dünya Kubokunu (2016) qazanıb.

Tunar Altunbay

 

Vumart və Güvən reklamı Vumart Güvən