İdmançılarımız Avropa çempionu oldu

 10:12 06.11.2022     305

Azərbaycanın iki taekvondoçusu Rumıniyanın paytaxtı Buxarestdə keçirilən kiçikyaşlı yeniyetmələr arasında Avropa birinciliyində çempion olub.

Federasiyadan Redaktor.az-a verilən məlumata görə, 27 kq çəki dərəcəsində Sabir Məmmədli və 30 kq-dakı Nazim Məmmədov bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib çıxıb.

Onlar yarışda baş məşqçi İlkin Şahbazovun rəhbərliyi altında mübarizə aparıblar.

 

 

Vumart və Güvən reklamı Vumart Güvən