"Təcrübə hesabına qalib gəldim" - Eldəniz Əzizli

 20:23 06.11.2022     176

"Təcrübə hesabına qalib gəldim".

Redaktor.az xəbər verir ki,, bunu Azərbaycan millisinin yunan-Roma güləşçisi Eldəniz Əzizli Bakıda keçirilən Dünya Kubokunun finalında iranlı Poya Marza qalib gəldiyi görüşdən sonra jurnalistlərə açıqlamasında deyib.

55 kq çəki dərəcəsində çıxış edən idmançı qarşılaşmanın gərgin keçdiyini bildirib: "İranlı rəqibim zəif deyil. Bir ay bundan əvvəl 23 yaşadək güləşçilər arasında dünya çempionu olub. Gənc idmançıdır. Bu il artıq çox yarışda güləşmişik. Amma İran millisi gənc və istirahət etmiş kollektivdir. Buna görə bir az nisbətən çətin keçdi. Yekunda qalib gələcəyimizə inanıram".

Əzizli komandada bir az yorğunluğun olduğunu etiraf edib: "Ardıcıl çox yarışda iştirak etmişik. Dünya çempionatından az müddət sonra bu turnirdə mübarizə aparırıq. Bu səbəbdən hazırlıq tam istədiyim kimi getməyib".