Rusiya millisi Tacikistana uduzdu

 22:45 07.11.2022     308

Rusiya futzal yığması yoldaşlıq görüşündə Tacikistana 7:10 hesabı ilə uduzub.

Redaktor.az "TASS"a istinadla xəbər verir ki, görüş bazar ertəsi Düşənbədə keçirilib.

Rusiya yığmasının heyətində həmyerlimiz Yanar Əsədov 5 qol vurub. Sergey Denisov və Artem Niyazov da hərəyə bir dəfə fərqləniblər.

Noyabrın 8-də komandalar daha bir görüş keçirəcəklər.

Düşənbədə baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Tunar Altunbay