Levandovski ardıcıl ikinci dəfə “Qızıl buts”a layiq görüldü
Hücumçu Robert Levandovski ardıcıl ikinci il “Qızıl buts”u qazanıb.
Redaktor.az "sports.ru"ya istinadla xəbər verir ki, ötən mövsüm “Bavariya”da çıxış edən polşalı futbolçu 2021/22 mövsümündə Bundesliqada 34 oyuna 35 qol vurub və 70 xal toplayıb.
PSJ-nin hücumçusu Kilian Mbappe Liqa 1-i 28 qol və 56 xalla ikinci yerdə tamamlayıb.
Çiro İmmobile (“Latsio”) və Kərim Benzema (“Real Madrid”) hərəyə 54 xal (müvafiq olaraq A Seriyası və La Liqada 27 qol) toplayıblar.
Xatırladaq ki, 2021-ci ildə R.Levandovski Almaniya çempionatında vurduğu 41 qola görə “Qızıl buts”a layiq görülüb.












