Türkiyədə 17 yaşlı futbolçu milliyə dəvət aldı

 18:15 10.11.2022     122

Futbol üzrə Türkiyə millisinin Şotlandiya və Çexiyaya qarşı yoldaşlıq oyunları üçün heyəti açıqlanıb.

Redaktor.az yerli federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, 29 oyunçuya dəvət göndərib.

Siyahıda "Fənərbağça"da çıxış edən 17 yaşlı yarımmüdafiəçi Arda Gülər də var.

Qapıçılar: Altay Bayındır ("Fənərbağça"), Doğan Alemdar ("Renn", Fransa), Uğurcan Çakır ("Trabzonspor")

Müdafiəçilər: Onur Bulut ("Kayserispor"), Zeki Çelik ("Roma", İtaliya), Cenk Özkaçar ("Valensiya", İspaniya), Çağlar Söyüncü ("Lester", İngiltərə), Merih Demiral ("Atalanta", İtaliya), Ozan Kabak ("Hoffenhaym"), Samet Akaydın ("Adana Demirspor"), Tayyip Sanuç ("Beşiktaş"), Eren Elmalı ("Trabzonspor"), Ferdi Kadıoğlu ("Fənərbağça")

Yarımmüdafiəçilər və hücumçular: Cengiz Ünder ("Marsel", Fransa), Emre Mor, İsmail Yüksek, İrfan Can Kahveci, Arda Güler (hamısı "Fənərbağça"), Berkay Özcan, Deniz Türüç ("Başakşehir",), Emirhan İlkhan ("Torino", İtaliya), Hakan Çalhanoğlu ("İnter", İtaliya), Salih Özcan ("Borussiya", Dortmund, Almaniya), Orkun Kökçü ("Feyenoord", Niderland), Doğukan Sinik ("Hall Siti", İngiltərə), Kerem Aktürkoğlu ("Qalatasaray"), Cenk Tosun ("Beşiktaş), Enes Ünal ("Xetafe"), Umut Bozok ("Trabzonspor")

Qeyd edək ki, Türkiyə seçməsi noyabrın 16-da Şotlandiya ilə, noyabrın 19-da isə Çexiya ilə üz-üzə gələcək.