Uruqvay dünya çempionatı üçün yekun heyətini açıqladı

 22:23 10.11.2022     108

Futbol üzrə Uruqvay millisinin bu il Qətərdə təşkil olunacaq dünya çempionatı üçün yekun heyəti açıqlanıb.

Redaktor.az Uruqvay Futbol Federasiyasının rəsmi saytına istinadən xəbərv verir ki, 26 nəfərlik siyahıda Luis Suares, Edinson Kavani, Darvin Nunyes və Federiko Velverde kimi oyunçular da yer alıb.

Qapıçılar: Fernando Muslera ("Qalatasaray", Türkiyə), Serxio Roçet ("Nasyonal"), Sebastyan Sosa ("İndependyente", Argentina)

Müdafiəçilər: Xose Mariya Ximenes ("Atletiko" Madrid, İspaniya), Sebastyan Koates ("Sportinq", Portuqaliya), Dieqo Qodin ("Atletiko Mineyro", Braziliya), Martin Kaseres ("Los-Anceles Qelaksi”, ABŞ), Ronald Arauxo ("Barselona", İspaniya), Xose Luis Rodriges (“Nasyonal"), Luis Espino ("Kadis", İspaniya), Matias Oliveyra ("Napoli", İtaliya), Matias Vinya ("Roma", İtaliya)

Yarımmüdafiəçilər: Rodriqo Bentankur ("Tottenhem", İngiltərə), Felipe Karbalyo, Felipe Karbalyo (hər ikisi "Nasyonal"), Matias Vesino ("Latsio", İtaliya), Xiorxyan de Arraskaeta ("Flamenqo", Braziliya), Fakundo Pelyistri ("Mançester Yunayted", İngiltərə), Martin Satriano ("Empoli", İtaliya), Fakundo Torres ("Orlando Citi", ABŞ)

Hücumçular: Darvin Nunyes ("Liverpul", İngiltərə), Luis Suares ("Nasyonal"), Edinson Kavani ("Valensiya", İspaniya), Nikolas Lopes ("UANL Tiqres", Meksika)

Qeyd edək ki, Uruqvay millisi mundialda Portuqaliya, Qana və Cənubi Koreya ilə birlikdə H qrupunda mübarizə aparacaq.