Ronaldo beşinci Dünya Çempionatında iştirak edəcək - FOTO
Kriştiano Ronaldo 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə Dünya Çempionatı üçün Portuqaliyanın yekun heyətinə daxil edilib.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə cümə axşamı Portuqaliya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Ümumilikdə heyətə 26 nəfər daxil edilib.
Qeyd edək ki, Ronaldodan öncə beş Dünya Çempionatında yalnız meksikalılar Antonio Karbaxal, Rafael Markes və alman Lotar Matteus iştirak edib. İtaliyalı Canluici Buffon da beş Dünya Çempionatına qatılsa da, dördündə meydana çıxıb.
Portuqaliya H qrupunda Qana (24 noyabr), Uruqvay (26 noyabr) və Cənubi Koreya (2 dekabr) ilə mübarizə aparacaq.
Seçmənin Dünya Çempionatlarında ən yaxşı nəticəsi 1966-cı il turnirində üçüncü yer tutmasıdır.
Tunar Altunbay












