Güləş üzrə dünya çempionatı Azərbaycana verilmədi

 21:19 14.11.2022     257

Güləş üzrə 2023-cü il dünya çempionatına ev sahibliyi Azərbaycana verilməyib.

Redaktor.az Dünya Güləş Birliyinin (UWW) rəsmi saytına istinadən xəbər verir ki, mundial ardıcıl 2-ci dəfə Serbiyanın paytaxtı Belqradda keçiriləcək.

Yarışı təşkil etmək üçün bu iki ölkə ilə yanaşı, Türkiyə də namizədliyini irəli sürüb.

Qeyd edək ki, dünya çempionatının gələn il 16 - 24 sentyabrda keçirilməsi planlaşdırılır. Amma sentyabrın 23-də start götürəcək Asiya Oyunları ilə bağlı yarışın vaxtında dəyişiklik edilə bilər.

Vumart və Güvən reklamı Vumart Güvən