Uzun müddət futbol oynayacağımı düşünmürəm - Messi

 02:49 16.11.2022     280

"Uzun müddət oynayacağımı düşünmürəm".

Redaktor.az-ın məlumatına görə, bunu Argentina millisinin və Fransa PSJ-sinin futbolçusu Lionel Messi karyerası barədə "Mundo Deportivo" nəşrinə açıqlamasında deyib.

35 yaşlı forvard futbolla vidalaşdıqdan sonra da həyatının bu idman növü ilə bağlı olacağını bildirib: "Futbolu, sadəcə oynamağı və bundan zövq almağı sevirəm. Bütün həyatım boyu etdiyim yeganə şey futbol oynamaqdır".

Qeyd edək ki, Lionel Messi Argentina millisi ilə birlikdə noyabrın 20-də Qətərdə start götürəcək dünya çempionatında iştirak edəcək.

 

 

Vumart və Güvən reklamı Vumart Güvən