Eduard Məmmədov ikiqat Avropa çempionu oldu

 21:59 16.11.2022     300

Azərbaycanın veteran kikboksçusu Eduard Məmmədov Türkiyənin Antalya şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

Redaktor.az xəbər verir ki, 63 kq çəki dərəcəsində döyüşən idmançı "Light Contact"da Qabor Çeytey (Macarıstan) və "Kick light"də Sqro Simone Kaloceroya (İtaliya) qalib gələrək veteran kikboksçular ikinci dəfə qitə çempionu olub.

Qeyd edək ki, bunadək Eduard Məmmədov veteranlar arasında üçqat dünya çempionu idi.

2
Vumart və Güvən reklamı Vumart Güvən