Millimiz Moldovaya ikinci qolu vurdu - YENİLƏNİB

 23:10 16.11.2022     280

Futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib.

Redaktor.az-ın məlumatına görə, 2024-cü il Avropa çempionatının seçmə mərhələsinə hazırlıq xarakteri daşıyan matçda rəqib Moldova yığması olub.

Kişineudakı "Zimbru" stadionunda oynanılan görüş Canni De Byazinin baş məşqçi olduğu kollektivin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Moldova yığması əsas vaxta əlavə olunmuş 2-ci dəqiqədə qol vurmağı bacarıb. Meydan sahiblərinin futbolçusu Nikita Motspanın qolu ilə fərqi azaldıblar.

Qeyd edək ki, Azərbaycan yığması noyabrın 20-də isə Şimali Makedoniyanın qonağı olacaq.

***

Kişineuda Moldova və Azərbaycan milli komandaları arasında keçirilən yoldaşlıq oyununda hesab dəyişib.

Redaktor.az xəbər verir ki, Aleksey İsayev 42-ci dəqiqədə ikinci topu meydan sahiblərinin qapısından keçirib.

***

Kişineuda Moldova və Azərbaycan milli komandaları arasında keçirilən yoldaşlıq oyununda hesab açılıb.

Redaktor.az xəbər verir ki, 28-ci dəqiqədə Emin Mahmudov yığmanı önə çıxarıb.

***

Kişineuda Moldova və Azərbaycan milli komandaları arasında beynəlxalq yoldaşlıq oyunu başlayıb.

Redaktor.az xəbər verir ki, "Zimbru" stadionundakı qarşılaşmanı ukraynalı FIFA referisi Denis Şurman idarə edir.

Vumart və Güvən reklamı Vumart Güvən