İTV futbol üzrə dünya çempionatının oyunlarını yayımlayacaq - VİDEO

 00:38 18.11.2022     86

Qətərdə noyabrın 20-dən dekabrın 18-dək davam edəcək futbol üzrə 22-ci dünya çempionatının oyunlarını eksklüziv olaraq İctimai TV və Radionun efirindən canlı izləmək mümkün olacaq.

Bu barədə Redaktor.az-a İTV-dən bildirilib.

Təntənəli açılış mərasimi 20 noyabr 18:45-də başlayacaq.

İlk qarşılaşma - ev sahibi olan Qətər milli komandası ilə Ekvador yığması arasında həmin gün saat 20:00-da keçiriləcək.