“Həmin gecə karyeramı bitirərəm” - Ronaldo
“Mançester Yunayted”in portuqaliyalı ulduzu Kriştianu Ronaldo karyerası ilə bağlı açıqlama verib.
Redaktor.az xəbər verir ki, ulduz futbolçu hələ 2-3 il oynamaq istədiyini deyib:
““Mançester Yunayted”ə qayıtmayacağımı söyləmək mənim üçün çətindir, nə olacağını görəcəyik. Təkliflər alıram, mətbuatın məni heç kimin istəməməsi haqqında xəbərləri cəfəngiyyatdır. Daha 2-3 il oynamaq istəyirəm. Düşünürəm ki, 40 yaş karyeranı bitirmək üçün daha yaxşıdır”.
Morqanın "dünya çempionatının finalında Argentina ilə qarşılaşırsınız. Messi ilə birgə hərəyə 2 qol vurursunuz. 90+4-cü dəqiqədə het-trikini rəsmiləşdirirsən və kubok sizin olur” sözlərinə Ronaldo belə cavab verib: “Belə bir şey baş verərsə, həmin gecə karyeramı bitirərəm”












