PSJ rəhbərliyi qışda Ronaldunu transfer etmək istəyir

 10:57 19.11.2022     70

Fransanın PSJ klubunun rəhbərliyi İngiltərə "Mançester Yunayted"ində çıxış edən Kriştianu Ronaldunu qışda transfer etmək istəyir.

Redaktor.az xəbər verir ki, bu iddianı jurnalist Florian Plettenberq irəli sürüb.

Yalnız Paris təmsilçisinin idman direktoru Luis Kampos heyəti azaltmaq və gəncləşdirmək istədiyi üçün mümkün keçiddən narahatdır.

Ronaldunun Portuqaliya "Sportinq"inə transfer olmaq ehtimalı da var. Lakin bu, Mançester təmsilçisinin mövqeyindən və qərarından asılıdır.

Qeyd edək ki, "Mançester Yunayted" son müsahibəsinə görə Ronaldu ilə vidalaşmaq istəyir. 37 yaşlı forvard "Mançester Yunayted"in ona xəyanət etdiyini söyləyib.