Azərbaycanın FIFA referiləri UEFA-nın kursunda iştirak ediblər

 18:40 19.11.2022     287

Azərbaycanın futzal üzrə FİFA referiləri Əli Cəbrayılov və Knyaz Əmiraslanov, eləcə də hakim-inspektor Elçin Səmədli UEFA tərəfində Litvanın Birstones şəhərində təşkil olunan kursda iştirak ediblər.

Bu barədə Redaktor.az-a Futzal Federasiyasından məlumat verilib.

Bildirilib ki, sayca 16-cı dəfə keçirilən kurs müddətində hakimlər fiziki hazırlıq üzrə test-normativlər verib, oyun qaydaları üzrə imtahanda iştirak ediblər(report.az).