Azərbaycan millisindən möhtəşəm qələbə - YENİLƏNİB

 19:10 20.11.2022     888

Futbol üzrə Azərbaycan milli komandası növbəti yoldaşlıq oyununu keçirib.

Redaktor.az xəbər verir ki, , Canni De Byazinin baş məşqçi olduğu kollektiv səfərdə Şimali Makedoniya ilə qarşılaşıb.

Skopyedəki “Todor Proeski Milli Arena”da oynanılan görüş millinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bununla da Azərbaycan millisi ardıcıl 5-ci qələbəsini qazanıb.

***

Skopyedə futbol üzrə Şimali Makedoniya və Azərbaycan milli komandaları arasında yoldaşlıq oyununda ilk hissə başa çatıb.

Redaktor.az-ın məlumatına görə, komandalar fasiləyə 1:1 hesablı heç-heçə ilə yollanıblar.

***

Skopyedə futbol üzrə Şimali Makedoniya və Azərbaycan milli komandaları arasında yoldaşlıq oyununda hesab bərabərləşib.

Redaktor.az-ın məlumatına görə, 38-ci dəqiqədə Elvin Cəfərquliyev dəqiq zərbə ilə tarazlığı bərpa edib - 1:1.

***

Skopyedə futbol üzrə Şimali Makedoniya və Azərbaycan milli komandaları arasında yoldaşlıq oyununda hesab açılıb.

Redaktor.az-ın məlumatına görə, 25-ci dəqiqədə penaltidən fərqlənən Enis Bardi meydan sahiblərini önə çıxarıb - 1:0.

***

Skopyedə futbol üzrə Şimali Makedoniya və Azərbaycan milli komandaları arasında yoldaşlıq oyunu başlayıb.

Redaktor.az-ın məlumatına görə, “Todor Proeski Milli Arena”sında keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayıb. Matçı albaniyalı FIFA referisi Enea Yorqyi idarə edir.

Qeyd edək ki, Canni De Byazinin baş məşqçi olduğu kollektiv bundan əvvəlki yoldaşlıq görüşündə Moldovaya 2:1 hesabı ilə qalib gəlib.

Vumart və Güvən reklamı Vumart Güvən