Açılış matçını Ekvador qazandı - YENİLƏNİB

Qətərdə keçirilən dünya çempionatının açılış oyunu başa çatıb.
Redaktor.az xəbər verir ki, turnirin ilk matçında meydan sahibi Qətərlə Ekvador qarşılaşıb.
A qrupu çərçivəsində keçirilən oyun Cənubi Amerika təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Hər iki qolu Enner Valensiya vurub. Hücumçu 16 və 31-ci dəqiqələrdə fərqlənib.
Qeyd edək ki, A qrupunun digər matçı sabah keçiriləcək. Seneqal Niderlandla qarşılaşacaq.
***
Qətərdə keçirilən dünya çempionatının açılış oyununda ikinci hissə başlayıb.
Redaktor.az xəbər verir ki, matçın ilk 45 dəqiqəsi Ekvadorun Qətər üzərində 2:0 hesablı üstünlüyü ilə yekunlaşıb.
Hər iki qolu Enner Valensiya vurub.
***
Qətərdə keçirilən dünya çempionatının açılış oyununda ilk hissə başa çatıb.
Redaktor.az xəbər verir ki, matçın ilk 45 dəqiqəsi Ekvadorun Qətər üzərində 2:0 hesablı üstünlüyü ilə yekunlaşıb.
Hər iki qolu Enner Valensiya vurub.
***
Qətərdə keçirilən dünya çempionatının açılış oyununda hesab dəyişib.
Reaktor.az xəbər verir ki, qarşılaşmanın 31-ci dəqiqəsində Ekvadorun hücumçusu Enner Valensiya özünün və komandasının ikinci qolunu vurub.
Hazırda oyun Ekvadorun üstünlüyü ilə davam edir - 2:0.
***
Qətərdə keçirilən dünya çempionatının açılış oyununda hesab açılıb.
Redaktor.az xəbər verir ki, qarşılaşmanın 16-cı dəqiqəsində Ekvador hesabı açıb.
Belə ki, meydan sahibi Qətərin qapıçısı Əl Şib Enner Valensiyaya qarşı cərimə meydançasında kobud oynayıb.
İtaliya hakim Daiel Orsato penalti təyin edib. Zərərçəkən özü 11 metrlik nöqtədən dəqiq oynayıb.
Hazırda Ekvador qalib gəlir - 1:0.
***
Qətərdə keçirilən dünya çempionatının açılış oyunu start götürüb.
Redaktor.az xəbər verir ki, mundialın ilk matçında ev sahibi Qətər yığması ilə Ekvador üz-üzə gəlir.
A qrupu çərçivəsində keçirilən görüş günün yeganə qarşılaşması olacaq.