İngiltərə millisi İran yığmasını darmadağın etdi - DÇ-2022 - YENİLƏNİB
Futbol üzrə dünya çempionatının B qrupunda ilk tura start verilib.
Redaktor.az xəbər verir ki, İngiltərə millisi qrupun açılış matçında İran yığması ilə qarşılaşıb.
Görüşdə Avropa təmsilçisi rəqibini darmadağın edib - 6:2
İngiltərə yığması bu qələbədən sonra ilk pilləyə yüksəlib. İran isə hələlik sonuncudur.
***
Qətərdəki dünya çempionatında İngiltərə və İran yığmaları arasında keçirilən B qrupunun ilk tur oyununda 6-cı qol vurulub.
Redaktor.az xəbər verir ki, Avropa təmsilçisindən Markus Reşford 71-ci dəqiqədə rəqibi növbəti dəfə meydanın mərkəzinə dəvət edib - 5:1.
***
Qətərdəki dünya çempionatında İngiltərə və İran yığmaları arasında keçirilən B qrupunun ilk tur oyununda birinci hissə başa çatıb.
Redaktor.az xəbər verir ki, Avropa təmsilçisi fasiləyə 3:0 hesablı qələbə ilə yollayıb. Qolları 35-ci dəqiqədə Cud Bellingem, 43-cü dəqiqədə Bukayo Saka, 45+1-ci dəqiqədə isə Rahim Sterlinq vurublar.
***
Qətərdə keçirilən dünya çempionatında İngiltərə və İran yığmaları arasında B qrupun ilk tur oyunu başlayıb.
Redaktor.az xəbər verir ki, "Xəlifə" stadionunda oynanılan görüş Bakı vaxtı ilə saat 17:00-da start götürüb.












