Ronaldodan yeni REKORD

 18:12 21.11.2022     382

"Mançester Yunayted"də çıxış edən ulduz futbolçu Kriştiano Ronaldo yeni dünya rekorduna imza atıb.

Redaktor.az xarici KİV-ə istinadla xəbər verir ki, futbolçu instaqramda 500 milyon izləyiciyə çatıb. Portuqaliyalı ulduz instaqramda yarım milyard izləyiciyə çatan ilk şəxs olub.

Paris Saint-Germain (PSJ) klubunda çıxış edən argentinalı ulduz Lionel Messi 376 milyon azarkeşlə Ronaldonu izləməyə davam edib.

Ronaldo və Messidən sonra dünyaca məşhur simalar arasında model Kylie Jenner 372, müğənni Selena Qomez 357 milyon izləyiciyə sahibdir. 

Nərmin VÜQARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən