İngiltərə İran matçında “qadınlar, həyat, azadlıq” şüarları - FOTO

 18:25 21.11.2022     374

Qətərin ev sahibliyi etdiyi 2022-ci il futbol üzrə dünya çempionatının B qrupunda yer alan İngiltərə və İran milliləri Bakı vaxtı ilə 17:00-da  "Xəlifə" stadionunda qarşı-qarşıya gəliblər.

Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, azərkeşlər tribunalarda “qadınlar, həyat, azadlıq” yazan köynəklər geyinib və pankart açıblar. 

Qeyd edək ki, qarşılaşma İngiltərənin 3-0 üstünlüyü ilə davam edir.

Nərmin VÜQARQIZI

 

2