Ronaldo dünyada birinci oldu

 22:00 21.11.2022     322

İngiltərənin "Mançester Yunayted" futbol klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo dünyada ilk dəfə Instagram-da 500 milyon abunəçi həddini keçib.

Redaktor.az xəbər verir ki, 2022-ci ildə 37 yaşlı Ronaldonun abunəçilərinin sayı 100 milyon nəfər artıb.

Qeyd edək ki, Ronaldo Qətərdə keçirilən dünya çempionatında iştirak edən Portuqaliya millisinin kapitanıdır. Onun üçün bu, karyerasında beşinci dünya çempionatıdır. Portuqaliyalılar turnirdə ilk oyununu noyabrın 24-də Qanaya qarşı keçirəcək.

Ronaldo beşqat "Qızıl top"un qalibi, beşqat Çempionlar Liqasının qalibi, Avropa çempionu, Millətlər Liqasının qalibidir. Portuqaliyalı milli komandalar, Avropa çempionatları, Çempionlar Liqası, Klublararası Dünya Çempionatı və Real Madrid tarixində ən çox qol vuran futbolçudur. Hücumçu 2021-ci ilin yayında “Mançester Yunayted”ə qayıdıb və karyerası ərzində Portuqaliyanın “Sportinq CP”, İspaniyanın “Real Madrid” və İtaliyanın “Yuventus” klublarında da çıxış edib.

Tunar Altunbay